Rusiya digər məsələlərin nüvə anlaşması ilə əlaqələndirilməsinə qarşıdır
https://azeri.sahartv.ir/news/dünya-i330124-rusiya_digər_məsələlərin_nüvə_anlaşması_ilə_əlaqələndirilməsinə_qarşıdır
Rusiyanın BMT-dəki nümayəndəsi Moskvanın digər məsələlərin nüvə anlaşması ilə əlaqələndirilməsinə qarşı olduğunu dedi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 13, 2018 10:57 Asia/Baku
  • Rusiya digər məsələlərin nüvə anlaşması ilə əlaqələndirilməsinə qarşıdır

Rusiyanın BMT-dəki nümayəndəsi Moskvanın digər məsələlərin nüvə anlaşması ilə əlaqələndirilməsinə qarşı olduğunu dedi.

Rusiyanın BMT-dəki nümayəndəsi Vasiliy Nebenzya çərşənbə günü Təhlükəsizlik Şurasının BMT baş katibinin 2231 saylı qətnaməyə dair hesabatı ilə bağlı iclasında deyib: BMT baş katibinin hesabatında İranın raket proqramına dair azad mənbələrə istinad edilməməli idi. Çünki, bu məlumatlarda bəzi ölkələrin qeyri-dəqiq informasiyalarına istinad edilir. Xüsusilə bu kimi informasiyalar Təhlükəsizlik Şurasının üzvlərinə də təqdim edilmir. 

Vasili Nebenzya əlavə edib: Rusiya BMT baş katibinin hesabatında  ABŞ-ın nüvə anlaşmasından çıxmasının və İrana qarşı birtərəfli qaydada sanksiyalar tətbiq etməsinin yanlış hərəkət olmasına, bu addımın Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin hədəf və məqsədləri ilə ziddiyyət təşkil etməsinə dair hissəsi ilə tam razıyam. 

Rusiyanın BMT-dəki daimi nümayəndəsi həmçinin deyib: Moskva BMT-nin baş katibi Antoniyo Quterreşin nüvə anlaşmasının qorunmasına dair istəyinə hörmət edir və bu anlaşmanın regional və beynəlxalq təhlükəsizlik üçün son dərəcə böyük önəm kəsb etdiyinə də inanır.