Belçikanın baş naziri istefa verdi
Dek 19, 2018 09:49 Asia/Baku
Belçikanın baş naziri Şarl Mişel dünən öz vəzifəsindən istefa verib.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Belçika baş naziri elə bir şəraitdə öz vəzifəsindən istefa verir ki, solçu partiyalar onun hökumətini impiçment edəcəkləri ilə hədələmişdilər.
Flandr millətçiləri BMT-nin miqrasiya müqaviləsinin imzalanması üzrə ixtilaflara görə koalisiya hökumətindən çıxıblar və onların hökumətdəki nazirləri də istefa veriblər. Bunun ardınca Belçika hökuməti parlamentdə azlığın hökumətinə çevrilib.
Ötən bazar günü Belçika paytaxtı Brüsseldə minlərlə adam BMT-nin miqrasiya müqaviləsinə qarşı aksiya keçiriblər.
Belçikanın baş naziri elə bir şəraitdə istefa verir ki, növbəti parlament seçkilərinə sadəcə 5 ay qalır.