Lavrov: ABŞ davamlı olaraq Təhlükəsizlik Şurasının Suriya barədə qətnaməsini pozur
https://azeri.sahartv.ir/news/dünya-i330967-lavrov_abŞ_davamlı_olaraq_təhlükəsizlik_Şurasının_suriya_barədə_qətnaməsini_pozur
Rusiyanın xarici işlər naziri deyib: ABŞ intensiv şəkildə Təhlükəsizlik Şurasının Suriyanın milli hakimiyyətinin bərpa edilməsinə dair qətnaməsini pozur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 24, 2018 17:57 Asia/Baku
  • Lavrov: ABŞ davamlı olaraq Təhlükəsizlik Şurasının Suriya barədə qətnaməsini pozur
    Lavrov: ABŞ davamlı olaraq Təhlükəsizlik Şurasının Suriya barədə qətnaməsini pozur

Rusiyanın xarici işlər naziri deyib: ABŞ intensiv şəkildə Təhlükəsizlik Şurasının Suriyanın milli hakimiyyətinin bərpa edilməsinə dair qətnaməsini pozur.

Sergey Lavrov Ria Novostiyə verdiyi müsahibədə deyib: Amerikalılar Suriyadakı hərbi varlığını yekunlaşdırmaq niyyətində olduğunu elan etməsinə baxmayaraq, ardıcıl şəkildə bu ölkənin müstəqilliyini və suverenliyini görməməzliyə vurur. 

Rusiyanın xarici işlər naziri həmçinin deyib: Suriyadakı ABŞ hərbçiləri savaşmırlar, başqalarını incitməklə məşğuldurlar. Elə buna görə də Vaşinqton Suriyadan getməsinin "qaçmaq" kimi yozulmasını istəmir.