Rusiya prezidenti Suriyaya dəstəklərin davam edəcəyini vurğulayıb
-
Rusiya prezidenti Suriyaya dəstəklərin davam edəcəyini vurğulayıb
Rusiya prezidenti terrorçular və düşmənər qarşısında Suriyanın xalqı və hökumətinə dəstəklərin davam edəcəyini vurğulayıb.
Vladimir Putin dünən yeni milad ili ilə bağlı Suriya prezidenti Bəşşar Əsədə ünvanladığı təbrik müraciətində bildirib: Moskva terrorizmlə mübarizədə Suriyanın xalqı və hökumətinə hərtərəfli dəstəklərini davam etdirəcək.
Rusiya prezidenti əlavə edib: Rusiya suverenliyi və ərazi bütövlüyünü müdafiə etməkdə Suriya hökumətinə kömək edəcək.
Vladimir Putin həmçinin yeni milad ilinin gəlib çatması ərəfəsində dünyanın bir neçə digər ölkəsinin başçısına təbrik müracəti göndərib və müxtəlif sahələrdə hərtərəfli əlaqə və əməkdaşlıqların genişləndirilməsini istəyibdir.
Rusiya prezidenti həmin müraciətlərdə iqtisadi həmkarlıqlar və siyasi əlaqələrin genişləndirilməsi; terrorizmlə mübarizə; energetika, mədəniyyət, elm və təhsil üzrə layihələrin icrası; böhranların həlli üçün ortaq həll yollarının tapılması və sülhün bərqərarını vurğulayıbdır.