Lavrov: 2018-ci il Rusiya üçün çətin il idi
https://azeri.sahartv.ir/news/dünya-i331569-lavrov_2018_ci_il_rusiya_üçün_çətin_il_idi
2018-ci il Rusiya üçün çətin il idi. Rusiya xarici işlər naziri belə deyib. O, bunu belə açıqlayıb: Bu ildə Moskva bizə rəqib gözü ilə baxan ölkələr tərəfindən misli az görünmüş bir təzyiqə məruz edilmişdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 01, 2019 06:23 Asia/Baku
  • il Rusiya üçün çətin il idi
    il Rusiya üçün çətin il idi

2018-ci il Rusiya üçün çətin il idi. Rusiya xarici işlər naziri belə deyib. O, bunu belə açıqlayıb: Bu ildə Moskva bizə rəqib gözü ilə baxan ölkələr tərəfindən misli az görünmüş bir təzyiqə məruz edilmişdi.

Sergey Lavrov yeni milad ili ərəfəsində etdiyi çıxışında əlavə edib: 2018-ci ildə Rusiyaya qarşı ən çox təzyiq Amerika tərəfindən istiqamətləndirilərək, planlaşdırıldı

Rusiya xarici işlər naziri sonra deyib: Təəssüflər olsun ki, müstəqil addım atmalarını istədiyimiz bizim avropalı şəriklərimiz Amerikanın ardınca getməyi davam etdirirlər, hətta əgər bu addım onların maraqları ilə təzad təşkil etsə belə.

Lavrov misal olaraq, raket müahidəsinin qorunması istiqamətində Rusiyanın təqdim etdiyi qətnamə layihəsinin rədd edilməsinə toxunub: Hamıdan çox avropalı ölkələr Rusiya ilə Amerika arasındakı raket müahidəsinin ləğvindən nigarançılıq ifadə edirlər. Bununla belə, BMT-də Rusiyanın bu barədəki qətnamə layihəsinin əleyhinə səs verdilər.

Rusiya xarici işlər naziri daha sonra Putinin Trampla görüşməsi imkanına işarə edib: Biz dəfələrlə bildirmişik ki, amerikalılarla müzakirəyə hazırıq, amma onlardan soruşmaq lazımdır ki, nə üçün Rusiya ilə müzakirəyə girmirlər?