Maduro: Braziliya prezidenti yeni Hitler-dir
Venesuela prezidenti Karakasa qarşı müdaxilə mahiyyətli ifadələrinə görə, öz braziliyalı həmkarını "yeni dövrün Hitleri" adlandırıbdır.
Venesuela prezidenti Nikolas Maduro dünən öz milli çıxışında Braziliya prezidenti Jair Bolsonarunu yeni Adolf Hitler adlandırıb və deyibdir ki, Braziliya bir faşistin əlindədir.
Maduro əlavə edib: Gəlin, Bolsonarunun vəzifələrini fövqəladə Braziliya xalqına tapşıraq; mübarizə aparacaq və ona nəzarət edəcək kəslərə.
Braziliyanın yeni dövləti şənbə günü müdaxilə mahiyyətli bir hərəkətdə Nikolas Maduronun prezidentliyinə qarşı çıxaraq, bildirdi ki, Venesuela müxaliflərinin idarəsində olan konqresin sədri Xuan Quaydonu bu ölkənin qanuni prezidenti kimi tanıyır.
Braziliyanın yeni prezidenti Bolsonaru ekstremist və müdaxilə mahiyyətli siyasi mövqeləri və rəftarına görə, "Braziliya Trampı" kimi məşhur olubdur.