ABŞ Milli Təhlükəsizlik Agentliyi vətəndaşlara qarşı casusluq edir
Yan 20, 2019 18:03 Asia/Baku
"Foreign Policy" ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin bu ölkə vətəndaşlarına qarşı casusluq fəaliyyətini ifşa edib.
Foreign Policy-nin yazdığına görə, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (NSA) amerikalılar və hökumət rəsmilərinə qarşı casusluqla məşğuldur.
Bu məlumata görə, NSA əslində ABŞ qanunları və konstitusiyasını pozmaqla ölkədə gərginlik yaradan bir orqana çevrilib. Bu orqan bütün qanunları pozaraq ABŞ vətəndaşlarına qarşı casusluqla məşğuldur.
ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edavrd Snovden də bundan öncə ABŞ-ın xüsusi xidmət orqanlarının ABŞ vətəndaşlarına və digər ölkə vətəndaşlarına qarşı casusluqla məşğul olduğunu ifşa etmişdi.