Ukrayna Rusiya ilə əməkdaşlıq müqavilələrini ləğv etdi
Yan 20, 2019 18:25 Asia/Baku
-
Ukrayna Rusiya ilə əməkdaşlıq müqavilələrini ləğv etdi
Ukraynanın xarici işlər naziri Rusiya ilə əməkdaşlıq üzrə onlarla qanuna yenidən baxılması və onların ləğv edilməsindən xəbər verib.
İRNA-nın məlumatına görə, Ukraynanın xarici işlər naziri Pavlo Klimkin bu ölkə hökumətiin Rusiya ilə onlarla anlaşma sənədi və müqavilənin ləğv edilməsi məsələsini gündəmə gətirməsinə işarə edərək deyib: Bu siyasət 2019-cu ildə də davam edəcək.
Ukrayna hökuməti 2014-cü ildən bəri Rusiya ilə 49 əməkdaşlıq sənədini ləğv edib.
Klimkin Moskva-Kiyev münasibətlərinin mümkün olan ən aşağı səviyyədə olduğunu bildirib və deyib: Ukrayna bir daha keçmişdəki vəziyyətə qayıtmayacaq. Çünki, Rusiyadan çox uzaqlaşıb.
Teqlər