Fev 19, 2019 17:59 Asia/Baku
  • Belçika Trampın yersiz istəyinə qarşı çıxıb
    Belçika Trampın yersiz istəyinə qarşı çıxıb

Belçikanın baş naziri ABŞ prezidentinin İŞİD-in avropalı ünsürlərinin Avropada qəbul edilmələri üzrə istəyi ilə müxalifət edib.

Belçikanın baş naziri Şarl Mişel Donald Trampın İŞİD-in avropalı ünsürlərinin Avropaya qaytarılmaları üzrə istəyinə qarşı çıxıb.

Şarl Mişel bu sözləri Trampın İŞİD terrorçularının Avropa ölkələrində mühakimə olunmalarına dair sözlərinə cavab olaraq söyləyibdir.

Mişelin bildirdiyinə görə, Belçika vətəndaşı olan 500 terrorçu Suriya və İraqda İŞİD terror qrupuna qatılıbdır.

Tramp bundan öncə İngiltərə, Fransa və Almaniyadan, həmçinin digər avropalı müttəfiqlərindən istəmişdi ki, amerikalı qüvvələr tərəfindən Suriyada həbs olunmuş 800 İŞİD-çi üçün çarə qılsınlar, əks-halda onları azad edəcəkdir.

Teqlər