Amerikadakı siyasi qruplar nüvə anlaşmasına qayıdışa çağırış ediblər
Amerikada "diplomatiya himayədarı" olan əllidən çox qrup bu ölkə konqresindən nüvə anlaşmasına qayıdışa dəstək verməsini istəyibdir.
Amerikada "diplomatiya himayədarı" olan əllidən çox siyasi qrup dünən müştərək bəyanat imzalayaraq, ABŞ konqresmenlərindən istəyibdir ki, nüvə anlaşmasına və Vaşinqtonun bu anlaşmaya qayıtmasına dəstək versinlər.
Bəyanatı imzalamış qruplar həmçinin nüvə anlaşmasının icrasına xələl gətirən və Amerikanın bu anlaşmaya qayıdışının qarşısını alan sanksiyalara qarşı çıxıblar.
İranla daha artıq müzakirələrə dəstək, bəyanatın digər maddələrindəndir.
Amerika Demokrat Partiyasının milli komitəsi də bu həftənin əvvəllərində bir qətnamə qəbul edərək, Vaşinqtonun nüvə anlaşmasına qayıtmasını istəmişdi.
Amerikanın baş kəşfiyyat rəsmiləri bundan öncə bu ölkə senatına gələrək, etiraf etdilər ki, İran texniki baxımdan nüvə anlaşması altındakı öhdəliklərinə tam şəkildə əməl edir.
ABŞ prezidenti Donald Tramp 2018-ciil mayın 8-də Vaşinqtonun öhdəliklərini birtərəfli şəkildə pozaraq, ölkəsinin nüvə anlaşmasından çıxdığını və İrana qarşı nüvə sanksiyalarının geri döndüyünü elan etdi.
Amerikanın nüvə anlaşmasından çıxması geniş beynəlxalq, xüsusən bu anlaşmanı imzalamış digər tərəflərin etirazları ilə üzləşdi.