Yunanıstanda qripə yoluxanların sayı artıb
https://azeri.sahartv.ir/news/dünya-i335328-yunanıstanda_qripə_yoluxanların_sayı_artıb
Yunanıstanda xəstəliklərə nəzarət və profilaktika mərkəzi xəbər verib ki, qrip qurbanlarının sayı bu xəstəliyə yoluxmuş 18 nəfərin ölümü ilə 74 nəfərə çatıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 22, 2019 17:10 Asia/Baku
  • Yunanıstanda qripə yoluxanların sayı artıb

Yunanıstanda xəstəliklərə nəzarət və profilaktika mərkəzi xəbər verib ki, qrip qurbanlarının sayı bu xəstəliyə yoluxmuş 18 nəfərin ölümü ilə 74 nəfərə çatıbdır.

Yunanıstanda xəstəliklərə nəzarət və profilaktika mərkəzi bu gün bildirib ki, həlak olanların orta yaş səviyyəsi 68-dir. Onlardan 49 nəfəri qadın, yerdə qalanları isə kişidir.

Mərkəzin bildirdiyinə görə, bu xəstəlik üzündən müalicə mərkəzlərinə müraciət etmiş 274 nəfərin 264-ü xüsusi nəzarət bölmələrinə yatırılıbdır.