Ağ Ev Tramp-In müzakirələrinin uğursuz qaldığını etiraf edib
Fev 28, 2019 14:14 Asia/Baku
Ağ Ev-in sözçüsü ABŞ prezidenti ilə Şimali Koreya rəhbərinin ikinci görüşünün vaxtından qabaq və qəflətən bitməsinə toxunaraq. bildirib ki, bəhs olunan mövzular ətrafında iki tərəf arasında bir razılıq əldə olunmayıbdır.
Ağ Ev-in sözçüsü Sara Sanders bir bəyanat yayaraq bildirib ki, Amerika prezidenti Donald Tramp və Şimali Koreya rəhbəri Kim Çen In razılığa çatmadan Hanoyda keçirilən iclas məkanını tərk ediblər.
Bu bəyanatda deyilir: Tramp və In çərşənbə və cümə axşamı günləri Hanoyda keçirdikləri görüşlərdə iqtisadi məsələlər və nüvə tərksilahının həyata keçirilməsi istiqamətində bir çox yolları araşdırıblar, amma razılıq əldə olunmayıb və iki tərəfin komandaları gələcək iclaslara ümid edirlər.