Rusiya ABŞ-ın Venesuelaya hərbi müdaxiləsindən nigarandır
Mart 06, 2019 19:21 Asia/Baku
Rusiya xarici işlər nazirinin müavini Venesuelada Amerikanın hərbi müdaxilə ssenarisinin icrası haqda xəbərdarlıq edib.
Sergey Ryabkov TASS xəbər agentliyi ilə müsahibədə deyib: Rusiya Amerikanın Venesuelaya hərbi müdaxilə planlarından son dərəcə nigarandır.
Ryabkov əlavə edib: Amerika öz hərbi gücündən Venesuelada istifadə üçün bir bəhanə axtarır. Bu üzdən, Rusiya başçıları bütün səviyyələrdə, o sıradan iki ölkənin xarici işlər nazirlərinin son telefon müzakirələrində amerikan tərəfi bu cür addımlar atmaqdan çəkinməyə çağırıblar.
Bu rus diplomat vurğulayıb: Son illər ərzində Amerika dövləti BMT əsasnaməsinə zidd olaraq, çoxlu sayda hərbi addımlar atıbdır ki, bunlar dünya ölkələri və beynəlxalq ictimaiyyət üçün son dərəcə təhlükəlidir.