Əksər amerikalılar Müllerin hesabatının əyaniləşməsini istəyirlər
-
Əksər amerikalılar Müllerin hesabatının əyaniləşməsini istəyirlər
Bir rəy sorğusunun nəticələri göstərir ki, əksər amerikalılar Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərində ehtimal üzrə müdaxiləsi barədə təhqiqat qrupunun sədri Robert Müllerin hesabatının əyaniləşməsini istəyirlər.
PBS informasiya kanalı və Marist müəssisəsi tərəfindən birgə şəkildə aparılmış rəy sorğusu ondan xəbər verir ki, Amerika xalqının əksər hissəsi bu qənaətdədir ki, Amerikanın baş prokuroru Uilyam Bar və Müller konqresdə şəhadət verməlidirlər.
Təqribən iki il uzanmış Müllerin təhqiqatı amerikalı prokurorlar tərəfindən Trampa və müttəfiqlərinə qarşı yeni bir cinayət işi açılmadan başa çatıbdır.
Uilyam Bar xüsusi müstəntiqin təhqiqatı ilə bağlı hesabatdan dördsəhifəlik bir icmal yayaraq, bildiribdir ki, Müller bu sövdələşməyə dəlalət edən bir fakt əldə edə bilməyibdir. Hərçənd sübut edibdir ki, rus amillər 2016-cı il ABŞ prezident seçkilərini pozmaq niyyətində olublar.