Rusiyadan ABŞ-a xəbərdarlıq
https://azeri.sahartv.ir/news/dünya-i338189-rusiyadan_abŞ_a_xəbərdarlıq
Rusiya ABŞ-a xəbərdarlıq etdi: Yeni soyuq müharibənin başlanması ABŞ üçün təhlükəli olacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 04, 2019 11:10 Asia/Baku
  • Rusiyadan ABŞ-a xəbərdarlıq
    Rusiyadan ABŞ-a xəbərdarlıq

Rusiya ABŞ-a xəbərdarlıq etdi: Yeni soyuq müharibənin başlanması ABŞ üçün təhlükəli olacaq.

İRİB-nin bildirdiyinə görə, Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko Şimali Atlantika Alyansı NATO-nun Rusiya sərhədlərindəki hərbi proqramlarının yeni soyuq müharibəyə səbəb olacağını dedi. 

Qruşko NATO-nun Rusiya sərhədlərinin yaxınlığındakı son hərbi fəaliyyətlərinə işarə edərək, dedi: Amerika və NATO terrorizm ilə mübarizə və Rusiyanın qonşuları ilə hərbi əməkdaşlıqların genişləndirilməsi adı altında Rusiyaya zərbə vurmağa çalışır. 

Aleksandr Qruşko NATO-nun Rusiya sərhədlərinə yaxın ərazilərdəki bütün hərbi fəaliyyətləri, raket sistemləri və ağır silahlarının Moskvanın tam nəzarəti altında olduğunu deyərək,düşmənçiliyə səbəb olan hərəkətlərin sonda yeni bir soyuq müharibəyə səbəb olacağına dair NATO və ABŞ-a xəbərdarlıq etdi. 

Rusiya və NATO əlaqələri ötən illərdə xüsusilə 2014-cü ildən başlanan Ukrayna böhranının ardınca xeyli gərginləşib. NATO rəsmiləri bu alyansa üzv ölkələrə qarşı Rusiya tərəfindən təhdidin olduğunu bildirərək, Avropanın şərqində, Rusiya ilə sərhəd məntəqələrdə öz hərbi fəaliyyətlərini artırıblar. 

Moskva da buna cavab oalraq öz hərbi qüdrətini artırmağa başlayıb.