Apr 15, 2019 09:03 Asia/Baku
  • Terrorçuların Hələbə qarşı mərmi hücumlarında 22 nəfər ölüb və yaralanıb
    Terrorçuların Hələbə qarşı mərmi hücumlarında 22 nəfər ölüb və yaralanıb

Terrorçuların dünən axşam Türkiyə sərhədi yaxınlığından və Suriyanın Hələb şəhərinin şimal məntəqələrindən bu şəhərin Əlxalidiyyə məntəqəsinə qarşı hücumunda 11 nəfər ölüb, 11 nəfər də yaralanıbdır.

Bundan öncə Suriyanın Hələb şəhərinin Əlxalidiyyə və Əlnəbil məntəqələrinə qarşı mərmi hücumlarında beş mülkinin öldürülməsindən xəbər vermiş xəstəxana mənbələri bildiriblər ki, yaralılardan bəzilərinin durumu ağırdır və tələfatın sayının artması ehtimalı var. Bu, son həftələrdə Hələb şəhərinin yaşayış massivlərinə qarşı doqquzuncu hücumdur.

Suriya ordusu da bu gün 2018-ci ilin oktyabrından bu ölkənin şimal-qərbində icra olunan gərginliyin azaldılması məntəqəsi barədəki razılaşmanın pozulmasının ardınca terrorçuların Həmah vilayətinin şimalındakı mövqelərini artilleriya ilə hədəfə alıbdır ki, nəticədə bir qrup terrorçu ölüb və yaralanıb, həmçinin onların bir neçə avtomobiili də məhv edilibdir.

Ötən cümə günü də Suriya ordusunun bölmələri Həmahın şimalındakı Əlhəviz, Təl-Əlsəxr və Kəfər-Nəbudə qəsəbələri ətrafında yerləşən və terrorçulara aid olan raket və mərmi sistemlərini və gizli məkanları məhv ediblər.

Teqlər