ABŞ-ın İran neftinə qarşı sanksiyasının ardınca Britaniyada yanacağın qiyməti bahalaşdı
https://azeri.sahartv.ir/news/dünya-i340021-abŞ_ın_İran_neftinə_qarşı_sanksiyasının_ardınca_britaniyada_yanacağın_qiyməti_bahalaşdı
ABŞ-ın İrandan neft idxal edən ölkələr üçün güzəştləri ləğv etməsinin ardınca Britaniyada benzin və dizel yanacağının qiyməti bahalaşıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 07, 2019 09:07 Asia/Baku
  • ABŞ-ın İran neftinə qarşı sanksiyasının ardınca Britaniyada yanacağın qiyməti bahalaşdı
    ABŞ-ın İran neftinə qarşı sanksiyasının ardınca Britaniyada yanacağın qiyməti bahalaşdı

ABŞ-ın İrandan neft idxal edən ölkələr üçün güzəştləri ləğv etməsinin ardınca Britaniyada benzin və dizel yanacağının qiyməti bahalaşıb.

İRNA-nın məlumatına görə, bazar ertəsi günü Britaniyada hər litr benzinin qiyməti 8 pens bahalaşaraq, 1 funt 36 pensə çatıb. Hər litr dizel yanacağının qiyməti də 5 pens bahalaşaraq, 1 funt 39 pensə çatıb. 

RAS avtomobil xidmətləri şirkətinin sözçüsü Saymon Uilyamz bu barədə deyir: Avtomobilin benzin çəninin doldurulması orta hesabla 6 funt bahalaşıb. 

Britaniyalı analitiklər bu gedişlə benzin və dizel yanacağının qiymətlərinin 2 funta çatacağından nigaranlıq ediblər.