May 07, 2019 16:23 Asia/Baku
  • Moqerini Venesuela böhranı üçün dinc həll yoluna təkid etdi
    Moqerini Venesuela böhranı üçün dinc həll yoluna təkid etdi

Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Venesuela olaylarına işarə edərək, bildirib: Venesuela böhranı qeyri-hərbi və bu ölkə xalqının iradəsinə əsaslanan həll yoluna malik olmalıdır.

Sputnik informasiya agentliyinin bildirdiyinə görə, Federika Moqerini İCG beynəlxalq təmas qrupunun Kostarikanın paytaxtı San Xoze şəhərində işə başlayan iki günlük iclasının açılış mərasimində böhranın dinc yolla həllinə təkid etdi. 

Moqerini beynəlxalq təmas qrupunun başlıca prioritetinin Venesuelada böhranın dərinləşməsini önləmək adlandıraraq, dedi: Venesuela böhranın demokratik və yerli həllinə səbəb olacaq siyasi bir prosesə ehtiyaclıdır. 

Teqlər