Avropa Şurasının xarici işlər nazirləri Rusiyanın bu şuraya qayıtmasına dair razılığa gəliblər
https://azeri.sahartv.ir/news/dünya-i340552-avropa_Şurasının_xarici_işlər_nazirləri_rusiyanın_bu_şuraya_qayıtmasına_dair_razılığa_gəliblər
Avropa Şurasının xarici işlər nazirləri Rusiyanın bu şuraya qayıtması üçün həll yolunun tapılmasına dair razılığa gəliblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 18, 2019 11:18 Asia/Baku
  • Avropa Şurasının xarici işlər nazirləri Rusiyanın bu şuraya qayıtmasına dair razılığa gəliblər
    Avropa Şurasının xarici işlər nazirləri Rusiyanın bu şuraya qayıtmasına dair razılığa gəliblər

Avropa Şurasının xarici işlər nazirləri Rusiyanın bu şuraya qayıtması üçün həll yolunun tapılmasına dair razılığa gəliblər.

Röyters-in bildirdiyinə görə, Fransa və Almaniyanın Rusiyanın yenidən Avropa Şurasına qayıtması istiqamətində həll yolunun tapılmasına dair səyləri, şuraya üzv 47 ölkə arasında bu xüsusda razılığın əldə olunmasına səbəb olub. 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu anlaşmanı müsbət qarşılayaraq dedi: Avropa Şurasından çıxmaq kimi bir niyyətimiz yoxdur. Baxmayaraq ki, bəziləri buna nail olmaq istəyirdiklər. 

Rusiya hökuməti Avropa Şurasına üzvlük haqqını şurada olduğu zaman ödəyəcəyini bildirib. 

Gürcüstan, Estoniya, Latviya, Litva və Ermənistan Avropa Şurasında Ukraynanın Rusiya əleyhinə mövqeyinə dəstək veriblər. Şuranın digər 39 üzvü isə Rusiyanın Avropa Şurasına qayıtmasına dair layihəni dəstəkləyib. 

Avropa Şurası 2014-cü ildə və Krım Yarımadasının Rusiyaya birləşdirilməsinin ardınca Rusiyanın Avropa Şurasının İnsan Haqlarına Nəzarət Komitəsindəki səsvermə haqqını dondurdu. 

Rusiya da Avropa Şurasının bu hərəkətinə etiraz olaraq, Avropanın İnsan Haqlarına Nəzarət Komitəsindəki üzvlük haqqını ödəməyəcəyini elan etdi. 

Finlandiya hal hazırda Avropa Şurasının dövrü sədridir.