ABŞ polisinin Venesuela səfirliyinə hücum etməsinin ardınca Vaşinqtonda aksiya keçirilib
May 19, 2019 19:45 Asia/Baku
-
ABŞ polisinin Venesuela səfirliyinə hücum etməsinin ardınca Vaşinqtonda aksiya keçirilib
Yüzlərlə nəfər Vaşinqtonda ABŞ polisinin Venesuela səfirliyinə hücum etməsinə etiraz olaraq bu şəhərdə aksiya keçirib.
Sputnik-ini bildirdiyinə görə, aksiya iştirakçıları ABŞ polisinin Venesuela səfirliyinə hücum etməsini və Venesuela prezidenti Nikolas Maduronun tərəfdarı olan 4 aktivistin həbs olunmasını tənqid ediblər.
Ağ Ev önündə aksiya keçirənlər ABŞ polisinin Venesuela səfirliyinə basqın etməsini diplomatiq qaydalara və beynəlxalq hüquq normalarına zidd adlandırıblar.
Aksiya iştirakçıları həmçinin deyiblər: ABŞ prezidenti Donald Tramp və Venesuela müxalifətinin l ideri Xuan Quaydo bilsin ki, biz mübarizədən əl çəkməyəcəyik.