Rusiya ukraynalı dənizçilərin azad edilmələrilə müxalifət edib
-
Rusiya ukraynalı dənizçilərin azad edilmələrilə müxalifət edib
Rusiyanın dövlət rəsmiləri ukraynalı dənizçilərin azad edilmələri xahişini rədd edərək, deyiblər ki, bu dənizçilərlə bağlı təhqiqat və mühakimə prosesi təkmilləşməlidir.
Kremlin bir sözçüsü dünən bildirib ki, Moskva həbs olunmuş ukraynalı dənizçilərlə bağlı təhqiqat və mühakimə prosesi təkmilləşməyənədək onları azad etməyəcək.
Rus rəsmilər vurğulayıblar ki, dənizlərin hüquqları üzrə beynəlxalq tribunalın ukraynalı dənizçilərin azad edilmələrinə dair rəyi Moskva tərəfindən təsdiq olunmur.
Almaniyanın Hamburq şəhərində yerləşən dənizlərin hüquqları üzrə beynəlxalq tribunal şənbə günü üç ukraynalı gəminin müsadirə edilməsinin dayandırılması və Kerç boğazında ruslarla toqquşmada əsir alınmış onların 24 hərbi ekipaj üzvünün azad edilməsinə rəy verdi.
Rusiya Xarici İşlər Nazirliyi də bundan öncə bildirmişdi ki, dənizlərin hüquqları üzrə beynəlxalq tribunal Kerç boğazının işinə baxmaq səlahiyyətinə malik deyil, zira ukraynalı dənizçilər dəniz sərhədlərini pozublar.
2018-ci il noyabrın 25-də Qara dəniz və Azov dənizi arasında yerləşən Kerç boğazında Rusiya ilə Ukrayna arasındakı dəniz toqquşması iki ölkə əlaqələrindəki gərginliyin şiddətlənməsinə səbəb olubdur.
Bu toqquşma üç ukraynalı gəminin Kerç boğazından keçərək, Rusiyanın Krım yarımadasındakı su hüdudlarına daxil olmasından sonra baş veribdir.
Ukraynanın bu hərəkəti rusların reaksiyası, həmçinin ukraynalı gəmilərin və onların ekipaj üzvlərinin müsadirə və həbs olunmaları ilə nəticələnibdir.