Moskva Gürcüstandakı anti-rus hərəkətlər barədə xəbərdarlıq edib
İyun 22, 2019 13:02 Asia/Baku
-
Moskva Gürcüstandakı anti-rus hərəkətlər barədə xəbərdarlıq edib
Kreml Gürcüstandakı zorakı etirazları pisləyərək, onu anti-rus təhriklər adlandırıb.
Rusiya hökumətinin sözçüsü Dmitri Peskov cümə axşamı günü gecə Gürcüstandakı zorakı etirazları pisləyərək, deyib ki, rus turistlərin bu ölkədə olduqları bir halda Gürcüstanın hazırkı durumu Kremli olduqca narahat edir.
Digər tərəfdən, Gürcüstan prezidenti Salome Zurabişvili Rusiyanı "işğalçı düşmən" adlandırıb və bu olkədəki "beşinci kolonna"nı ölkəsindəki çaxnaşmaların amili kimi təqdim edibdir.
Moskva ilə Tiflis arasında gərginliklərin artması ilə Rusiya prezidenti Vladimir Putin Rusiya aviasiya şirkətlərinin Gürcüstana uçuşlarının dayandpırılması haqda göstəriş veribdir.