Rusiyaya qarşı ən böyük haker hücumu həyata keçirilib
https://azeri.sahartv.ir/news/dünya-i344750-rusiyaya_qarşı_ən_böyük_haker_hücumu_həyata_keçirilib
Hakerlər Rusiyaya qarşı ən böyük informasiya hücumunda bu ölkənin bir neçə milli IT proqramının data-larını əldə ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 21, 2019 13:44 Asia/Baku
  • Rusiyaya qarşı ən böyük haker hücumu həyata keçirilib
    Rusiyaya qarşı ən böyük haker hücumu həyata keçirilib

Hakerlər Rusiyaya qarşı ən böyük informasiya hücumunda bu ölkənin bir neçə milli IT proqramının data-larını əldə ediblər.

"Daily Mail" qəzetinin məlumatına görə, hakerlər bu gün Rusiya Federal Təhlükəsizlik Xidmətinin podratçılarından olan "Sitek" informasiya texnologiyaları şirkətinə nüfuz edərək, bu şirkətin 7,5 trabayt informasiyasını oğurlayıblar.

Bu informasiyalar Rusiya Federal Təhlükəsizlik Xidmətinin sifarişi ilə icra olunmaqa olan daxili layihələr barədədir. Onlardan bu ölkə internetini dünya sistemindən ayırmaq, sosial şəbəkələrdən informasiyaların və Tor brauzerindən məxfiliyin çıxarılmasına işarə etmək olar.

Tor brauzerindən məhdudiyyətlərdən yan keçmək və istifadəçilərin informasiyalarının gizli saxlanılması üçün istifaə olunur.

Bu hakerlər iyulun on üçündə bu şirkətin informasiyalarına nüfuz edərək, onun serverləri barədəki təsvirləri twitter-də yayıblar.