Rusiya ilk insanabənzər robotu kosmosa göndərib
Avq 22, 2019 15:12 Asia/Baku
Rusiya Fyodor adlı ilk insanabənzər robotu pilotsuz "Soyuz" kosmik gəmisi ilə kosmosa göndərib.
Rusiyanın dövət kosmonavtika şirkəti- Roskosmos bu gün bu kosmik gəminin buraxılması barədə filmi yayaraq, bildirib: Fyodor adlı humanoidi aparan Soyuz kosmik gəmisi bu gün səhər Baykonur-dakı Qaqarin platformasından kosmosa göndərilib və iki gündən sonra, yəni şənbə günü beynəlxalq kosmik stansiyaya qoşulmalıdır.
Bu, beynəlxalq kosmik stansiyada ilk rus humanoididir və qərar üzrə rus kosmonavtların nəzarəti altında 17 gün tapşırıq yerinə yetirməlidir.
Teqlər