Rusiya sionist rejimin bölgədəki hərəkətlərindən nigarandır
Avq 27, 2019 04:42 Asia/Baku
-
Rusiya sionist rejimin bölgədəki hərəkətlərindən nigarandır
Rusiya xarici işlər nazirliyi bir bəyanatda sionist rejimin Livana və Suriyaya qarşı hücumlarına reaksiya verib və onları nigaranedici adlandırıb.
Rusiya xarici işlər nazirliyinin bəyanatında deyilir: Sionist rejim qırıcıları və pilotsuzlarının bazar günü Livan və Suriya üzərindəki nadir uçuşları bu ölkələrin suverenliklərinin pozulması və Qərbi Asiya bölgəsində gərginliyin artırılması istiqamətində atılan bir addımdır.
Bəyanatda həmçinin deyilir: Bölgənin durumu sionist rejimin Suriyadakı hədəflərə qarşı raket hücumlarına eyni zamanda və özbaşına şəkildə əl atmasına görə, gərginləşib. Bu proses hərtərəfli silahlı münaqişəyə və gözlənilməz nəticələrə gətirib çıxara bilər.
Teqlər