ABŞ Ərəbistanın neft çatışmazlığını kompensasiya etməyə hazır olduğunu bildirib
Yəmənlilərin ərəbistanın Aramko neft təsisatlarına qarşı hücumunun ardınca ABŞ Energetika Nazirliyi ərəbistanın neft çatışmazlığını kompensasiya etməyə hazır olduğunu bildirib.
Amerikanın Energetika Nazirliyi bu gün bir bəyanat yayıb, ali-səud rejiminə dəstək verərək, bildirib ki, Amerika bu ölkənin strateji neft ehtiyatlarından götürərək, ərəbistan nefti çatışmazlığının əvəzini çıxmaq üçün dünya bazarına neft buraxmağa hazırdır.
Amerikanın Energetika Nazirliyi bu addımda məqsədi, neft bazarındakı çatışmazlığın əvəzini çıxmaq adlandırıb.
ABŞ prezidenti Donald Tramp da dünən gecə səud vəliəhdi Muhəmməd bin Salman ilə telefon danışığında ona vəd veribdir ki, Vaşinqton Ərriyadın təhlükəsizliyini müdafiə etməyə hazırdır.
Ərəbistanın energetika naziri Əbduləziz bin Salman da Yəmənin xalq qüvvələrinin PUA hücumundan sonra Aramko şirkətində neft hasilatının əlli faiz azaldığını təsdiq edərək, iddia edib ki, bu istehsal azalması müvəqqəti olacaqdır.