Sen 21, 2019 12:40 Asia/Baku
  • Tiflisdə anti-hökumət aksiyası keçirilib
    Tiflisdə anti-hökumət aksiyası keçirilib

Gürcüstan hökuməti ilə müxalif olanlardan minlərlə nəfər dünən gecə Tiflisdə bu ölkə parlamentinin qarşısına toplaşaraq, hakim “Gürcü arzusu — Demokratik Gürcüstan” partiyasının daxili işlər naziri Gerogi Qaxariyanın bu ölkənin baş naziri vəzifəsinə təyin edilməsini pisləyib.

“Gürcü arzusu — Demokratik Gürcüstan” partiyası sentyarbın üçündə Gürcüstanın baş naziri Mamuka Baxtadzenin istefasından sonra Qaxariyanı bu vəzifəyə təyin etdi.

Gürcüstan hökumətinin müxalifləri Qaxariyanı bu ölkə parlamenti qarşısında 21 iyun etiraz aksiyası iştirakçılarının yatırılmasına göstəriş  verməkdə ittiham edirlər.

Bu aksiya Rusiyanın parlament heyətinin Tiflisdə pravoslav ölkələrin parlamentlərarası assambleyasında iştirak üçün Gürcüstana səfər etməsinə etiraz olaraq keçirilib.

Bu toqquşma zamanı 240 nəfər yaralanıb, 305 nəfər də həbs olunubdur.

 

 

 

Teqlər