Sen 28, 2019 15:31 Asia/Baku
  • Ağ Ev Trampın telefon danışıqlarının məzmununun yayılmasını əngəlləyib
    Ağ Ev Trampın telefon danışıqlarının məzmununun yayılmasını əngəlləyib

Ağ Ev ABŞ prezidentinin səud vəliəhdi və Rusiya prezidenti ilə telefon söhbətlərinin yayılmasını qadağan edib.

Ağ Ev başçıları bir qrup amerikalı rəsminin Amerika prezidenti Donald Trampın səud vəliəhdi Muhəmməd bin Salman ilə telefon söhbətinin mətnini əldə etmək istiqamətindəki xahişi ilə müxalifət edərək, bildiriblər ki, bu iki nəfər arasında mübadilə edilmiş mətləblərin yayılması gizli qalacaq və KİV-lər səviyyəsində yayılmayacaqdır.

Amerika hökumət başçılarının bildirdiklərinə görə, Trampın bin Salmanla son telefon söhbəti mühüm və həssas milli təhlükəsizlik maraqlarını əhatə etməyibdir.

Ağ Ev başçıları Trampın Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətlərinin variantını əldə etmək üçün də sərt məhdudiyyətlər tətbiq ediblər.

Bu addım Trampın Co Baydenə qarşı işin təşkili barədə Ukrayna prezidenti ilə telefon danışığından sonra atılıbdır.

Teqlər