Suriya kürdləri Türkiyə ilə razılaşmaya görə Rusiyaya təşəkkür ediblər
-
Suriya kürdləri Türkiyə ilə razılaşmaya görə Rusiyaya təşəkkür ediblər
Suriya demoktratik qüvvələri dünən gecə bir açıqlamada Moskvanın Türkiyənin Suriyanın şimalına qarşı hücumunun dayandırılmasında oynadığı rolu yüksək dəyərləndiriblər.
Suriya demoktratik qüvvələrinin baş komandanlığı bu açıqlamada bildirib ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Rusiya ordusunun baş qərargah rəisi Valeri Gerasimov ilə söhbətdə Türkiyənin Suriyanın şimalına qarşı hücumunun dayandırılmasına gətirib çıxaran razılaşmada Moskvanın oynadığı rola görə təşəkkür edilibdir.
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyıb Ərdoğan çərşənbə axşamı günü Rusiyanın Soçi şəhərində altısaatlıq görüşdən sonra Suriyanın şimalının təhlükəsizlik durumu barədə onmaddəlik bir memorandum imzaladılar.
Bu memorandumun imzalanmasından sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatının bitdiyini elan etdi.