Okt 31, 2019 11:33 Asia/Baku
  • Bokoharam-ın hücumunda 12 Nigeriya hərbçisi öldürülüb
    Bokoharam-ın hücumunda 12 Nigeriya hərbçisi öldürülüb

Nigeriya Müdafiə Nazirliyi bildirib ki, Bokoharam terror qruplaşmasının hərbi bir bazaya qarşı hücumunda bu ölkənin on iki hərbçisi öldürülüb.

Nigeriyanın cənub-şərqində baş vermiş bu hücumda 8 hərbçi də yaralnıbdır.

Bokoharam terror qrupu Nigeriyanın şimalında yerləşmək məqsədilə 2009-cu ildə əlinə silah aldı və öz hücumlarını Nigerə, Çada və Kamerunun şimalınadək genişləndirdi.

Bokoharam terror qrupu bu müddətdə həmin ölkələrdə 20 mindən çox insanı öldürüb və iki milyon nəfərdən çox insanı da didərgin salıbdır.

Bokoharam terror qrupunun fəaliyyət dairəsində yerləşən ölkələrin, xüsusən Nigeriyanın hökumətlərinin bu qrupla mübarizədəki acizlikləri Bokoharam terror qrupuna qarşı savaşın üzücü olmasına bais olubdur.

 

 

Teqlər