Noy 23, 2019 13:58 Asia/Baku
  • Pxenyan: Amerikadan xəyanətdən savayı heç nə almamışıq

Şimali Koreya Amerikanı tənqid edərək bildirib ki, Vaşinqtonun tələblərinin reallaşması üçün atdığı addımların qarşılığında xəyanətdən başqa, bir şey almayıbdır.

Şimali Koreyanın BMT-dəki nümayəndəliyi dünən həmçinin bildirib ki, bu ölkənin rəhbəri Kim Çen In və Amerika prezidenti Donald Trampın yeni münasibətlərin qurulması haqda üzərlərinə öhdəlik götürdükləri zamandan bəri Pxenyan Vaşinqtondan “xəyanət hiss etməkdən savayı” bir şey görməyibdir.

Şimali Koreyanın BMT-dəki nümayəndəliyi Pxenyan-Vaşinqton münasibətləri barədəki dəyərləndirməsində vurğulayıb: Amerikanın Tramp hökumətinin nigaran olduğu bir sıra addımların Pxenyan tərəfindən dayandırılması qarşısında cavab addımından çəkinməsinə görə, Şimali Koreyanın daha artıq təmkinlilik göstərməsinə bir dəlil yoxdur.

 

 

Teqlər