Rusiya təhlükəsizlik xidməti: Putin hücumun ehtimal olunan hədəfi idi
-
Rusiya təhlükəsizlik xidməti: Putin hücumun ehtimal olunan hədəfi idi
Rusiya təhlükəsizlik xidməti ehtimal verib ki, cümə axşamı günü axşam Moskvada keçirilmiş silahlı hücumda məqsəd, Rusiya prezidenti Vladimir Putin olubdur.
Rusiya təhlükəsizlik xidmətinin bildirdiyinə görə, Vladimir Putinin təhlükəsizlik günü münasibətilə Rusiya Federal Təhlükəsizlik Xidmətinin mərkəzi binasında yerləşən təhlükəsizlik qüvvələrinin arasına getməsi planlaşdırılmışdı.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin mərkəzi binası Lubyanka meydanında, Duma, Kreml və Rusiya Federasiya Şurası kimi mühüm məkanların yaxınlığında yerləşir.
Yerli vaxtla cümə axşamı günü saat 17 radələrində naməlum silahlı bir şəxs Kalaşnikov avtomatı ilə Moskvanın mərkəzində yerləşən Rusiya təhlükəsizlik binasının qəbul bölməsinə daxil olur və dərhal gözətçi bölməsinin məmurlarına tərəf atəş açır.
Bu silahlı toqquşma nəticəsində Rusiya Federal Təhlükəsizlik Xidmətinin mühafizə dəstəsinin qüvvələrindən biri ölür, təhlükəsizlik qüvvələrindən beş nəfər və yoldan keçən piyadalar yaralanırlar. Bəzi mənbələr ölənlərin sayını iki nəfər elan ediblər.
Hücumçu şəxs də təqribən yarım saat atışmadan sonra Rusiyanın xüsusi təyinatlı polis qüvvələrinin atəşi nəticəsində öldürülübdür.