Rusiyada milli internet sınaqdan keçirilib
Rusiyanın Rabitə Nazirliyi bu ölkədə milli internetin sınaqdan keçirildiyini bildirib.
Röytersin verdiyi məlumata görə, Rusiyanın rabitə naziri Aleksi Sokolov deyib: Beynəlxalq internetin kəsilməsi təqdirində milli internet xidmətlərinin yoxlanılması üzrə sınaqlar həyata keçirildi.
Sokolov deyib: Rusiyanın milli interneti layihəsinin icrası istiqamətində son günlər ərzində bu internetin beynəlxalq internet olmadığı təqdirdə hansı qabiliyyətlər malik olduğunu araşdırıldı.
Sokolov deyib: Bu yoxlamalarda Dövlət müəssisləri və təhlükəsizlik xidmətləri, rabitə operatorları və Email xidmətləri təqdim edənlər iştirak etdilər amma bu yoxlama proqramına hələlik adi istifadəçilər daxil deyildir.
Rusiya dumasının üzvləri ötən mart ayında Rusiyanın kibernetik hücum yaxud hərhansı təxribatçılıq nəticəsində beynəlxalq veb şəbəkəsi ilə əlaqəsinin kəsiləcəyi təqdirdə istifadəçilərin milli internetdən istifadə imkanlarına təzminat verilməsi məqsədi ilə bir layihə qəbul etdi.