Rusiya idman yarışlarında iştirakdan məhrum olunmasına rəsmən etiraz edib
-
Rusiya idman yarışlarında iştirakdan məhrum olunmasına rəsmən etiraz edib
Rusiya/ dopinq sınaqlarının nəticəsinin manipulyasiya edilməsinə görə rus idmançıların beynəlxalq idman yarışlarında iştirakdan məhrum edilmələrinə etiraz edib.
Rusiya Antidopinq Agentliyi-RUSADA-nın baş direktoru Yuri Qanos müxbirlərə deyib: Ümumdünya Antidopinq Agentliyi- WADA-ya sənədlər toplusu göndərilib və bu sənədlərdən biri, bu cəzaya qarşı məktubdur.
Ümumdünya Antidopinq Agentliyi dünən təsdiq etdi ki, RUSADA-nın məktubunu alıb və onu adi iş gedişatına əsasən, İdman üzrə Arbitraj Məhkəməsinə göndərəcək.
VADA vurğulayıb: İdman üzrə Arbitraj Məhkəməsində qəbul ediləcək qərar qəti və bütün imza edənlər üçün icbari olacaqdır.
Bu agentlik bir daha Rusiyanın idman rəsmilərini ləyaqətsizlikdə ittiham edib və xatırladıb ki, Rusiya VADA-nın qərarına etiraz edərək, cəzaların azaldılması deyil, şiddətləndirilməsi kimi böyük riskə gedibdir.
VADA dekabrın 9-da Rusiyanı dörd il müddətinə əsas beynəlxalq turnirlərdə, xüsusən 2020-ci il Tokio Yay Olimpiya Oyunları, 2022-ci il Pekin Qış Olimpiya Oyunları və Qətərdə keçiriləcək Futbol üzrə 2022-ci il Dünya Çempionatında iştirakdan məhrum etdi.
Vladimir Putin Rusiyanın dörd il müddətinə bütün mühüm beynəlxalq idman yarışlarından məhrum edilməsini ədalətsiz hərəkət adlandırıbdır.