Dek 29, 2019 09:00 Asia/Baku
  • Hindistanın əyalətləri yeni vətəndaşlıq qanununun icrasından çəkiniblər
    Hindistanın əyalətləri yeni vətəndaşlıq qanununun icrasından çəkiniblər

Hindistanın müxtəlif əyalətlərinin baş nazirləri yeni vətəndaşlıq qanununun icrasından çəkiniblər.

Hindistanın Puduçerri əyalətinin baş naziri Velu Narayanasami bu ölkə senatında yeni vətəndaşlıq qanununun qəbul edilməsinə qarşı çıxaraq, bildirib ki, bu qanun müsəlmanları hədəfə alıb və heç vaxt onu icra etməyəcəklər.

Qərbi Benqal əyalətinin baş naziri Momta Bezenji də Hindistan hökumətinin son etirazlarda həbs olunanlar üçün xüsusi iri düşərgənin tikilməsinə dair göstərişinə qarşı çıxaraq, deyib ki, heç vaxt bir dini ayrı-seçkilik qanununun icrası üçün belə bir düşərgənin salınmasına icazə verməyəcək.

Ötən iki həftə ərzində Hindistanda yeni vətəndaşlıq qanununa etirazlar nəticəsində təqribən 25 nəfər ölüb, minlərlə nəfər də həbs olunubdur.

Hindistanda yeni vətəndaşlıq qanunu bu ölkəyə daxil olan hindulara, xristianlara və digər dini azlıqlara tətbiq olunacaq, amma müsəlman miqrantlara şamil olmayacaq. Bu qanunun qəbul olunması Hindistanın daxili və xaricində kəskin müxalifətlərlə üzləşibdir.

 

Teqlər