Sudan hökuməti və qiyamçılar Darfur döyüşlərinə son qoymaq haqda razılaşıblar
Sudan hökuməti və qiyamçı qruplar koalisiyası Darfur döyüşlərinə son qoymaq haqda razılaşıblar.
Sudan hökumətinin nümayəndəsi Şəmsəddin Kəbaşi və qiyamçı qruplar koalisiyasının nümayəndəsi Əhməd Muhəmməd dünən, hal-hazırda Cənubi Sudanın paytaxtı Cuba-da cərəyan edən müzakirələr zamanı Darfur döyüşlərinə son qoymaq üzrə yol xəritəsinə nail olublar.
Döyüşlərə son qoyulması, didərginlər və miqrantların öz vətənlərinə geri dönmələri, hakimiyyətin bölüşdürülməsi və qiyamçı silahlı qüvvələrin Sudan milli ordusuna birləşdirilmələri/ yol xəritəsində toqquşan tərəflərin müzakirə predmetləri olmalı olan məsələlərdəndir.
Toqquşan tərəflər arasındakı Sudan sülh müzakirələri 2019-cu ilin avqustundan başlanıb və bir daha iki həftə bundan öncə rəsmi Xortumla qiyamçı qruplar koalisiyası arasında bərpa edilibdir.