Kiyev ilə Moskva arasında əsirlər mübadiləsi başlanıb
-
Kiyev ilə Moskva arasında əsirlər mübadiləsi başlanıb
Ukrayna rəsmiləri Donbas bölgəsində bu ölkə ilə Rusiya arasında məhbus mübadiləsinin başlanmasından xəbər veriblər.
Ukrayna rəsmiləri bildiriblər ki, bu gün bu ölkə ilə Rusiya arasında məhbus mübadiləsi həyata keçirilib. Bu zaman 55 məhbus Ukrayna hökumətinə təhvil verilib, 87 məhbus da Kiyev tərəfindən Moskvaya ötürülübdür.
Ukraynanın şərq hissəsinin rəsmiləri də bildiriblər ki, təqribən 170 nəfərin taleyi hələ müəyyən edilməyibdir.
Ukrayna prezidenti Vladimir Zelenski şənbə günü Moskva ilə Kiyev arasında məhbus mübadiləsindən xəbər vermişdi.
Zelenskinin prezidentliyi dövrünün başlanmasından bəri Ukrayna ilə Rusiya arasındakı çəkişmələr bir az azalıbdır.
Moskva və Kiyev bundan öncə cari ilin sentyabrında bir dəfə məhbus mübadiləsi həyata keçirmişdilər.