Rusiya Amerikanın Həşdüşşəbi mövqelərinə hücumunu tənqid edib
Dek 31, 2019 09:02 Asia/Baku
-
Rusiya Amerikanın Həşdüşşəbi mövqelərinə hücumunu tənqid edib
Rusiyanın Xarici İşlər Nazirliyi Amerikanın İraqda HƏşdüşşəbi qüvvələrinin mövqelərinə hücumunu qınayıb.
Röytersin verdiyi məlumata görə, Rusiya XİN dünən bir bəyanatda Amerikanın İraq və Suriyadakı bəzi mövqelərə hücumunun qəbuledilməz və qeyri-konstruktiv olduğunu bildirib.
Amerikanın Pilotsuz Uçan Aparatları bazar günü Həşdüşşəbinin İraq-Suriya sərhədlərində yerləşən 45 və 46-cı diviziyalarının mövqelərini hədəfə aldı. Bu hücum nəticəsində Həşdüşşəbi üzvlərindən 30 nəfər şəhid olub, 51 nəfər yaralanıb.
Bu hücumdan az sonra İraq xalqı, rəhbərləri, siyasi və rəsmi simaları Amerikanın bu ölkənin milli hakimiyyəti və ərazi bütövlüyünə qarşı hərəkətini pisləyiblər.
Teqlər