Kiyev təyyarə qəzası barədə panikadan çəkinmə vacibliyini vurğulayıb
Ukrayna prezidenti bir daha bu ölkənin sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbi barədə təxminlərdən çəkinməyə çağırıb.
Vladimir Zelenski dünən gecə bir videomüraciətdə ölkəsinin xalqından istəyibdir ki, öz təsdiqini tapmamış fikirlər və fitnə nəzəriyyəsinə diqqətdən, həmçinin bu ölkənin təyyarəsinin qəzaya uğraması səbəbi haqda tələsik nəticəyə gəlməkdən çəkinsin.
Zelenski çərşənbə günü də bu ölkənin sərnişin təyyarəsinin İranda qəzaya uğraması barədə əsassız ifadələr və şayiələr irəli sürməkdən çəkinməyə çağırmışdı.
Tehradan Kiyevə uçan Ukrayna hava yollarına məxsus bir sərnişin təyyarəsi çərşənbə günü səhər Tehranın İmam Xomeyni(r.ə.) adına beynəlxalq hava limanı yaxınlığında qəzaya uğradı və 167 sərnişin və doqquz ekipaj üzvü həlak oldu.
Kanadanın baş naziri Castin Trüdo iddia edir ki, bu təyyarə raket atışı nəticəsində süqut edib.
Bu arada “Los Anceles Tayms” qəzetinin məlumatına görə, hətta Amerikanın dövlət katibi və müdafiə naziri və bu ölkənin Mərkəzi Kəşfiyyat İdarəsi- MKİ-nin rəisi konqres üzvləri ilə əsaslandırma iclasında etiraf ediblər ki, Ukrayna təyyarəsinə raketin atılması barədə heç bir məlumat yoxdur.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyyed Əbbas Mousəvi bu hava qəzasında İrana qarşı təbliğat kampaniyasına cavabda bildirib: İran İslam Respublikası beynəlxalq standartlara və Beynəlxalq Mülki Aviasiya Təşkilatı- İKAO(ICAO)-nun qaydalarına əsasən süqutun səbəbi barədə araşdırmaya başlayıb və təyyarənin sahibi kimi Ukraynanı, onun istehsalçısı kimi Boeing şirkətini və digər əlaqədar tərəfləri bu araşdırmada iştiraka dəvət edib