Rus media İran sərhədində ABŞ qırıcısının aşkar edilməsi haqda məlumat verib
https://azeri.sahartv.ir/news/dünya-i356551-rus_media_İran_sərhədində_abŞ_qırıcısının_aşkar_edilməsi_haqda_məlumat_verib
"Rossiyskaya qazeta" yazıb ki, Rusiya radarı Tehranda Ukrayna sərnişin təyyarəsi qəzaya uğrayarkən İran sərhədində ABŞ-ın F-35 qırıcılarını qeydə almışdı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 23, 2020 17:58 Asia/Baku
  • Rus media İran sərhədində ABŞ qırıcısının aşkar edilməsi haqda məlumat verib
    Rus media İran sərhədində ABŞ qırıcısının aşkar edilməsi haqda məlumat verib

"Rossiyskaya qazeta" yazıb ki, Rusiya radarı Tehranda Ukrayna sərnişin təyyarəsi qəzaya uğrayarkən İran sərhədində ABŞ-ın F-35 qırıcılarını qeydə almışdı.

"Rossiyskaya qazeta" Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə istinadla xəbər verib ki, Rusiyanın "Konteyner" adı ilə tanınan radar sistemi İranın sərhədlərinin kənarında Amerikanın necə deyərlər, radardan gizlənən təyyarələrinin izinə düşə bilmişdi.

Lavrovun sözlərinə görə, İranın ABŞ-ın hərbi bazalarına qarşı raket hücumundan bir neçə saat sonra ABŞ aviasiyasının azı altı ədəd F-35 qırıcısı İran sərhədləri yaxınlığında uçurdu.

Rus qəzetin yazdığına görə, Rusiyanın radar sistemi bu ölkədən min kilometr uzaqlıqda həmin qırıcıları qeydə almışdı.