Yan 25, 2020 13:28 Asia/Baku
  • Hindistan nüvə başlığı daşıyan yeni ballistik raketini sınaqdan keçirib
    Hindistan nüvə başlığı daşıyan yeni ballistik raketini sınaqdan keçirib

Hindistan bir daha nüvə başlığı daşıma imkanına malik bir ədəd ballistik raketi uğurla sınaqdan keçirib.

"Times of İndia" qəzeti Hindistanın hərbi rəsmilərinə istinadən xəbər verir ki, bu ölkə ordusu nüvə başlığı daşıya bilən "k-4" tipli 3500 kilometr mənzilli ballistik raketinin sınağını ölkənin şərqind Odiş əyalətində yerləşən Əbdül Kəlam adası yaxınlığındakı sualtı qurğudan uğurla həyata keçirib.

Son bir həftədə bu hindistanın həyata keçirdiyi "K-4" tipli ballistik raketin ikinci sınağıdır.

Pakistan ordusu da keçən həftə yanvarın 15-də uğurlu bir ballistik raket sınağı həyata keçirdiyini bildirmişdi.

Hindistan və Pakistanın raket sınaqları elə bir halda keçirilir ki, İslamabad və Yeni Dehli arasında Kəşmir bölgəsi ilə bağlı yaranan gərginlik hələ də davam edir.

Asiyanın cənub regionunda ənənəvi rəqib sayılan Hindistan və Rakistan vaxtaşırı nüvə başlığı daşıma qabiliyyətinə malik müxtəlif növlü raketləri sınaqdan keçirirlər.

 

Teqlər