Fev 03, 2020 11:36 Asia/Baku
  • Misir ilə Sionist rejim arasındakı qaz kəmərində partlayış baş verib
    Misir ilə Sionist rejim arasındakı qaz kəmərində partlayış baş verib

Misir rəsmiləri Misir ilə işğal olunmuş Fələstin arasında qaz kəmərinin Sina yarımadasının şimalında partlamasından xəbər veriblər.

İRİB-in verdiyi məlumata görə, adlarının açıqlanmaması şərti ilə bəyanat verən bəzi Misir rəsmiləri bildiriblər ki, bu partlayış naməlum silahlı şəxslər tərəfindən törədilib. 

Bu məlumata görə, Misir ilə işğal olunmuş Fələstin arasındakı qaz kəmərində partlayış , 6 naməlum şəxsin kəmərin Berül-Əbd kəndindəki hissəsinə partlayıcı maddə quraşdırması nəticəsində baş verib. 

Bu qaz kəməri qazı şimali Sina vilayətinin mərkəzi olan Əl-Əriş şəhərinə ötürür. 

İndiyədək bu partlayışın məsuliyyətini kimsə öz üzərinə götürməyib. 

2011-ci il Misirin keçmiş prezidenti Hüsni Mubarək devrildikdən sonra Misir ilə sionist rejim arasındakı qaz kəməri dəfələrlə naməlum şəxslər tərəfindən partladılıb.

Misir 2018-ci ildə sionist rejimdən qaz idxalatı barədə müqavilə imzaladı.  

 

MİSİRDƏ QAZ KƏMƏRİNDƏ PARTLAYIŞ BAŞ VERİB

Teqlər