Fev 05, 2020 20:27 Asia/Baku
  • Yunanıstanın miqrantlarla dolu adalarında çaxnaşma
    Yunanıstanın miqrantlarla dolu adalarında çaxnaşma

Mühacirlərin Yunanıstan adalarındakı faciəli şəraitə və bu ölkə hökumətinin siyasətlərinə etirazı toqquşmaya gətirib çıxarıb.

Yunanıstanda Egey dənizi adalarında vəziyyət çox gərgindir. Yunanıstanın Lesbos adasındakı miqrantlar iki gün dalbadal, yəni bazar ertəsi və çərşənbə axşamı günlərində hökumətin mühacirət siyasətlərinə etiraz ediblər.

Yunanıstan hökumətinin sərt siyasətləri bu adalarda yaşayan mühacirlərdə hiddətin yaranması amili olub. Bu adada 42 mindən çox mühacir yaşayır.

“Azadlıq! Azadlıq!” şüarları verən miqrantların əllərində plakatlar olub. Plakatların üzərində “İxracları dayandırın!” şüarı olubdur.

Medialar polis ilə etirazçılar arasında kobud rəftarlardan xəbər veriblər. Polis etirazçıları yatırmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Etirazçılar da polisə tərəf daş atıblar. Bu çaxnaşmalar zamanı 40 nəfər həbs olunub.

 

Teqlər