Ermənistan 2019-cu ildə dünyanın üçüncü militarist ölkəsi olub
https://azeri.sahartv.ir/news/dünya-i358025-ermənistan_2019_cu_ildə_dünyanın_üçüncü_militarist_ölkəsi_olub
Almaniyadakı bir araşdırma institutu bildirib ki, Ermənistan 2019-cu ildə dünyanın üçüncü militarist ölkəsi olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 20, 2020 17:09 Asia/Baku
  • Ermənistan 2019-cu ildə dünyanın üçüncü militarist ölkəsi olub

Almaniyadakı bir araşdırma institutu bildirib ki, Ermənistan 2019-cu ildə dünyanın üçüncü militarist ölkəsi olub.

Almaniyanın Bonn şəhərindəki BISS araşdırma müəssisəsi tərəfindən yayılan “Militarizmin beynəlxalq göstəricisi” adlı məlumat göstərir ki, sionist rejim, Ermənistan və Azərbaycan Respublikası 2019-cu ildə ən çox militarizmə malik olan və araşdırılan 154 rejim və ölkə arasında ilk on rejim və ölkə sırasında dururlar.

Məlumata görə, bu on rejim və ölkə sırasına sionist rejim, Sinqapur, Ermənistan, Kipr, Cənubi Koreya, Rusiya, Yunanıstan, İordaniya, Belarus və Azərbaycan Respublikası daxildirlər. Türkiyə 19-cu, Gürcüstan isə 49-cu yerlərdə dururlar.

Militarizmin beynəlxalq göstəricisi əslində bir rejim və ya ölkənin hərbi orqanının həmin rejim və ya ölkənin bütün cəmiyyəti ilə bağlı nisbi çəkisi və önəmini göstərir.