Quterreş Moskva-Ankara razılaşmasını alqışlayıb
https://azeri.sahartv.ir/news/dünya-i358902-quterreş_moskva_ankara_razılaşmasını_alqışlayıb
BMT-nin baş katibi Rusiya və Türkiyənin Suriyanın İdlib bölgəsində atəşkəs barədə razılaşmalarını alqışlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 06, 2020 11:01 Asia/Baku
  • Quterreş Moskva-Ankara razılaşmasını alqışlayıb

BMT-nin baş katibi Rusiya və Türkiyənin Suriyanın İdlib bölgəsində atəşkəs barədə razılaşmalarını alqışlayıb.

Antonio Quterreş bir açıqlamada ümidvarlıq edib ki, Rusiya ilə Türkiyə arasında razılaşma Suriyanın şimal-qərbində düşmənçiliklərin tez bir zamanda və davamlı olaraq dayanmasına, təcili və sabit atəşkəsə gətirib çıxaracaq və bu bölgədə mülkilərin qorunmasını təmin edəcək.

Quterreş bu açıqlamada BMT Təhlükəsizlik Şurasının Suriya böhranının həlli barədəki 2254 saylı qətnaməsində təsdiq olunan Birləşmiş Millərlət Təşkilatının nəzarəti altında olan siyasi prosesə qayıdılmasını istəyib.

BMT-nin baş katibi həmçinin deyib: Bütün Suriya boyu uşaqlar rəhmsiz müharibənin təsirlərindən əziyyət çəkirlər və silahların susmasından sonra da uzun müddət əzab çəkəcəklər.

Ötən doqquz ildə Suriyada məktəb və xəstəxanalar bombalanıb, ailələr dağılıb və bir çox gənc öldürülübdür.

 

QUTERREŞ MOSKVA-ANKARA RAZILAŞMASINI ALQIŞLAYIB