Mart 13, 2020 17:17 Asia/Baku
  • Braziliya prezidenti koronavirusa yoluxmaqda şübhəlidir
    Braziliya prezidenti koronavirusa yoluxmaqda şübhəlidir

Braziliya prezidenti Trampla görüşdən və yanındakılardan birinin koronavirusa yoluxmasından sonra bu xəstəliyə yoluxmada şübhəli elan olunub.

Braziliyada çıxan "Estadao" qəzetinin dünənki məlumatına görə, bu ölkənin prezidenti Jair Bolsonaru ötən şənbə günü Maralaqoda ABŞ prezidenti Donald Trampla görüşdən sonra koronavirusa yoluxma cəhətdən nəzarətə alınıbdır.

Bu məlumata əsasən, Bolsonaru Trampla görüşdə iştirak edən Braziliyanın rabitə naziri Fabio Vacnaqartenin koronavirusa yoluxmasından sonra test verib, amma bu testin nəticəsi həllə məlum olmayıbdır.

Braziliyanın inkişaf naziri Roceriyo Marinyo dünən bildirib ki, Bolsonarunun Amazon səfəri prezidentin sağlamlığına dair təhlükəsilzlik məsələlərinə görə, ləğv olunubdur.

Bununla belə, Braziliya hökuməti Trampla görüşün, Braziliyanın rabitə nazirinin koronavirusa yoluxmada şübhəli olması və Bolsonarunun səfərinin ləğvinin bir-birilə əlaqədə olmasını təkzib edir.

İndiyədək Braziliyada 77 nəfərin KOVİD-19(COVID-19) testinin nəticəsi müsbət elan olunub. Amma hələ bu virusla bağlı ölüm halı haqda bir xəbər yayılmayıbdır.

 

BRAZİLİYA PREZİDENTİ KORONAVİRUSA YOLUXMAQDA ŞÜBHƏLİDİR

Teqlər