Toyota fəaliyyətini dayandırıb
Toyota avtomobilqayırma şirkəti koronavirus pandemiyasına görə, Avropadakı zavodlarında istehsalı aprelin 20-dək dayandırıb.
Toyota avtomobilqayırma şirkətinin Türkiyə, Portuqaliya, İngiltərə, Polşa, Çexiya və Fransada martın 16-dan bağlanan zavodları aprelin 20-də açılmayacaqdır.
Toyota avtomobilqayırma şirkətinin Rusiyanın Sankt-Peterburq şəhərindəki zavodu da 28 mart- 5 aprel müddətində bağlı qalacaq.
Koronavirus pandemiyası ilə bir vaxtda bu yapon avtomobilqayırma şirkəti Şimali Amerika və Cənub-Şərqi Asiyadakı zavodlarını da müvəqqəti olaraq tətil edibdir.
Belə bir halda, elan olunub ki, 136 yeni koronavirus halı ilə Tailandda bu infeksiyaya yoluxanların ümumi sayı 1524 nəfər olubdur.
Çin rəsmiləri 2019-cu ilin sonlarında bu ölkənin Uhan şəhərində koronavirus epidemiyası xəbərini Ümumdünya Səhiyyə Təşkilatına verdilər. O zamandan bəri bu xəstəlik 195 ölkədə elan olunubdur.
TOYOTA FƏALİYYƏTİNİ DAYANDIRIB