Yaponiyada koronavirusa yoluxanların sayı 10 min nəfəri keçib
Yaponiyanın müxtəlif bölgələrində fövqəladə vəziyyətin elan olunmasından bir həftə keçəndən sonra hələ bu ölkədə koronavirus epidemiyasının azalması ilə bağlı nişanələr görünmür və virusa yoluxanların sayı 10 min nəfəri keçibdir.
Yaponiya televiziyası bu gün xəbər veribdir ki, təkcə paytaxt Tokio şəhərində ötən sutka ərzində daha 181 nəfər koronavirusa yoluxub. Bu şəhər keçən bir həftədə fövqəladə durumda olubdur.
Tokio şəhərində yoluxanların sayı təqribən üç min nəfərə çatıb. Yaponiyanın baş naziri Şinzo Abe istəyibdir ki, xalq ölkə boyu 47 bölgədə əlaqələri 80 faiz azaltsın.
Yaponiyanın səhiyyə rəsmiləri deyirlər ki, hələ şəhər bölgələrində koronavirusa yoluxanların sayının artması və bu virusun yayılmasının səbəbini bilmirlər.
Yaponiyada koronavirusa yoluxma nəticəsində həyatını itirənlərin sayı təqribən 200 nəfər elan olunubdur.
Yaponiyanın müalicə və səhiyyə sistemi geniş epidemiya nəticəsində dağılmaqdadır. Ölkədəki bir çox xəstəxanalar yeni xəstələri qəbul etməkdən çəkinirlər.
Statistikalar göstərir ki, Yaponiya koronavirusun analizi sahəsində Çin və Cənubi Koreyadan olduqca gec və yavaş hərəkət edir.
YAPONİYADA COVID-19-A YOLUXANLARIN SAYI ON MİN NƏFƏRİ KEÇİB