May 02, 2020 16:47 Asia/Baku
  • Bill Qeyts ABŞ-da koronavirusun geniş yayılmasında Trampı günahkar sayır

Maykrosoft şirkətinin qurucusu Bill Qeyts ABŞ Prezidenti Donald Trampı vaxtında koronavirus pandemiyasına müdaxilə etməməkdə ittiham edib.

Amerikalı məşhur milyarder deyib ki, əgər yanvar və fevral aylarında düzgün qərarlar verilsəydi, kütləvi şəkildə testlər keçirilsəydi, bu qorxunc iqtisadi bədəllər meydana çıxmazdı. Onun sözlərinə görə, pandemiyanın qarşısını almaq üçün müxtəlif imkanlar yaradıla bilərdi. Hərbi büdcənin 5 faizi belə etməyən vəsait pandemiya ilə bağlı düzgün xərclənsəydi, ən azı bu təhlükəyə qarşı kifayət qədər uğur qazanmaq olardı.

Qeyd edək ki, Amerika prezidenti pandemiya ilə mübarizədə diqqətləri öz səriştəsizliyindən yayındırmağa çalışır. Donald Tramp bununla bağlı “Covid-19”un Çinin Uhan şəhərində bir laboratoriyada süni yaradıldığını iddia edib. Lakin ABŞ Milli Kəşfiyyatı prezidentin fərziyyəsini istisna edir. Bu mənada ABŞ kəşfiyyatı “Covid-19” virusunun insan əli ilə yaradılmadığına və genetik modifikasiya olunmadığına dair geniş alim konsensusu ilə razıdır.

Digər tərəfdən Çin dövləti də ABŞ-ın “Covid-19” virusunun Vuhan laboratoriyasında yaradıldığı iddialarını rədd edir.

  Çin Xarici İşlər Nazirliyinin sözçüsü Geng Şuan deyib ki, institutdakı laboratoriyadan hər hansı sızmanın qarşısını almaq üçün illərdir ciddi təhlükəsizlik tədbirləri həyata keçirilir. Ona görə də ABŞ-ın bu iddiaları əsassız və tamamilə saxtadır.

Çin rəsmisi Amerika siyasətçilərini "Çini qlobal epidemiyaya görə məsuliyyətə cəlb olunmalıdır” kimi yersiz açıqlamalar vermək yerinə ölkələrində baş vermiş hadisələri idarə etmək üçün vaxt sərf etməyə çağırıb.

BİLL QEYTS ABŞ-DA KORONAVİRUSUN GENİŞ YAYILMASINDA TRAMPI GÜNAHKAR SAYIR

Teqlər