May 03, 2020 13:38 Asia/Baku
  • San-Pauloda minlərlə qəbir qazılır

Braziliyada koronavirusun yayılmasının ardınca bu ölkənin ən iri şəhəri olan San-Paulonun məsul şəxsləri ölənlərin cəsədlərinin dəfn edilməsi üçün minlərlə qəbirin qazılması barədə göstəriş veriblər.

Braziliyada koronavirus pandemiyası o həddədir ki, bu ölkənin müalicə sistemi onun qarşısında aciz qalıb və San-Paulonun məsul şəxsləri minlərlə qəbrin qazılması barədə göstəriş veriblər.

Latın Amerikasında ən böyük qəbiristanlıq olan «Vila Formosa»dan havadan çəkilən şəkillər bir-birilərinin kənarında qazılmış qəbir dəstələrini göstərir. Deyilənlərə görə, bu qəbiristanlıqda 13 mindən çox qəbir qazılmaqdadır.

Braziliyanın keçmiş səhiyyə nazirlərindən bir qrupu ötən həftənin bazar günü Braziliya prezidentinin koronavirus epidemiyası barədə səhlənkarlıq etməsinə, həmçinin səhiyyə nazirliyinin, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə məhəl qoymamasına etiraz və BMT-nin insan haqları baş komissarlığına şikayət edibdir.

Braziliyada koronavirusdan ölənlərin sayı indiyədək altı min 761 nəfərə çatıbdır.

SAN-PAULODA MİNLƏRLƏ QƏBİR QAZILMAQDADIR

 

Teqlər